Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
AzerTAg.az
Bakı, 7 iyul, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə - metamfetamin aşkarlanıb.

Xəbərin mətnində orfoqrafik səhv var