ELM VƏ TƏHSİL


Şəki Regional Elmi Mərkəzinin mütəxəssisləri Yaponiyada ipəkçilik konqresində

Bakı, 21 noyabr, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və qurumun elmi işçisi Zərintac Şükürova Yaponiyanın Tsukuba şəhərində keçirilən XXV beynəlxalq ipəkçilik konqresində iştirak ediblər.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə azərbaycanlı alimlər “Bombyx mori L” cinsinin fibroininin supromolekulyar quruluşuna və texniki xarakterlərinə selenin təsiri” və “Böyük tovuzgülü (Saturna pyri L) ipəkqurdunun bioloji göstəriciləri” mövzusunda elmi məruzə ilə çıxış ediblər.

Hər iki məruzə iştirakçıların böyük marağına səbəb olub, ŞREM əməkdaşlarının əldə etdikləri yeniliklər və nəticələr yüksək qiymətləndirilib.

Tədbirdə gələcəkdə Yaponiyanın alim və mütəxəssisləri ilə birgə tədqiqatların aparılmasına dair razılıq əldə olunub, bu istiqamətdə müqavilənin imzalanması qərara alınıb.

Qeyd edək ki, əldə olunan nəticələr Azərbaycanda ipəkçiliyin innovativ üsul və vasitələrlə inkişaf etdirilməsinə, ipəkçilik məhsullarının tətbiqi perspektivlərinin genişləndirilməsinə imkanlar yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.