REGİONLAR


Şəki Regional Mədəniyyət İdarəsinin videokonfransında Xocalı sakinlərinin qəhrəmanlığından bəhs olunub

Şəki, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, faciənin ildönümü ilə əlaqədar regional idarənin təşkilatçılığı ilə fevralın 26-da onlayn formatda keçirilən videokonfransın əvvəlində soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova açaraq, faciənin başvermə səbəbləri, acı nəticələri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti barədə həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərdən danışıb. Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini xüsusi vurğulayan qurumun rəsmisi hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.

Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən kütləvi qırğının Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəldilmiş ənənəvi terror siyasətinin tərkib hissəsi olduğu vurğulanıb. Çıxış edənlər xalqımızın vətənpərvərliyi, döyüşkən ruhu, torpağa məhəbbəti, həmçinin dövlətimizin başçısının uğurlu siyasəti və qətiyyətli mövqeyi nəticəsində işğal altında qalan müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunduğunu, Xocalı qurbanlarının qisasının alındığını qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.