REGİONLAR


Şəki Şəhər Mədəniyyət Mərkəzində yeni tamaşaya ictimai baxış olub

Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər M.F.Axundzadə adına Mədəniyyət Mərkəzində Elvin Nurinin “Yollar qaytarar səni” adlı dramatik pyesi səhnələşdirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Regional Mədəniyyət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsinin başlanmasının ildönümünə həsr olunan tamaşada hərbi xidmətdə olan Ümid adlı gəncdən, onun nigaran qalmış anası və nişanlısının ətrafında cərəyan edən hadisələrdən, şanlı Ordumuzun Qələbə əzmindən və müharibənin insanlara gətirdiyi faciələrdən bəhs olunur.

Tamaşanın rejissoru Elvin Nüsrətoğlu, əsərin müəllifi Elvin Nuridir. Tamaşada rolları Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Xalq Teatrının aktyorları Jalə Abdullayeva, Rəşad Rüstəmov, Aytən Xəlilzadə, Şahmar Əsədov, Natiq Məmmədov və başqaları ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.