REGİONLAR


Şəki Şəhər Təhsil Şöbəsindən şəhidlərin xatirəsinə ehtiram

Şəki, 17 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canlarından keçən Şəki rayonunun şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün Şəki Şəhər Təhsil Şöbəsinin inzibati binasının giriş hissəsində “Şəhid lövhəsi” yaradılıb. Vətən müharibəsində həlak olan Şəki şəhidlərinin fotolarının əks olunduğu lövhədə şəhidlərin adı, soyadı, doğum və həlak olduğu tarix qeyd olunub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, şöbə rəhbərliyinin təşəbbüsü ilə hazırda Şəki şəhidləri haqqında kitabın hazırlanması istiqamətində də iş aparılır. Kitabda şəhidlərin tərcümeyi-halı, onlar haqqında yaxınlarının, müəllimlərinin xatirələri toplanacaq. Materiallar kitab halında çap olunmaq üçün müvafiq quruma göndərilib.

Qeyd edək ki, Şəki rayonu Vətən müharibəsində 59 şəhid verib.

Xalqımız Vətən uğrunda canlarından keçən qəhrəman övladları ilə hər zaman fəxr edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.