REGİONLAR


Şəki Uşaq Musiqi Məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Şəki, 16 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə fəaliyyət göstərən Uşaq Musiqi məktəblərinin şagirdləri xarici ölkələrdə keçirilən beynəlxalq onlayn müsabiqə və festivallarda uğurlu çıxışlarını davam etdirirlər.

Şəki Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, şəhər 3 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ixtisası üzrə 3-cü sinif şagirdi Nübar Əbdürrəhmanova İtaliyada keçirilən “Gələcəyin ulduzları” adlı Beynəlxalq onlayn müsabiqədə uğurla çıxış edərək, öz yaş qrupu üzrə müsabiqənin 1-ci dərəcəli laureatı adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.