REGİONLAR


Şəki-Zaqatala bölgəsi üzrə 120 məzun 600 baldan yuxarı nəticə göstərib

Şəki, 8 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə 2021-2022-ci tədris ilində buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 120 məzun 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.

Bildirilib ki, buraxılış və qəbul imtahanlarında Şəkinin təhsil müəssisələri üzrə 49 məzun, Qəbələ rayonu üzrə 42, Zaqatala rayonu üzrə 14, Balakən rayonu üzrə 9, Qax rayonu üzrə 4 və Oğuz rayonu üzrə 2 məzun 600-dən çox bal toplayıb.

Regionun təhsil müəssisələri üzrə ən yüksək nəticəni Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin məzunu Fidan Qismətli göstərib. O, I ixtisas qrupu üzrə imtahanlarda 690 bal toplayıb. Şəki rayonu üzrə isə ən yüksək nəticəyə rayonun Baş Şabalıd kənd tam orta məktəbinin məzunu Ümman Məmmədov nail olub – 685 bal. Digər rayonlar üzrə ən yüksək nəticəni Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin məzunu Zeynəb Acalova (673 bal), Balakən şəhər 1 nömrəli tam orta məktəbin məzunu İlham Qadalov (662 bal), Oğuz rayonu Xaçmaz kənd tam orta məktəbin məzunu Şahin Mustafazadə (650 bal) və Qax şəhər 5 nömrəli tam orta məktəbin məzunu Səma Qasımzadə (638 bal) göstəriblər.

M.Məmmədovun məlumatına görə, ali məktəblərə qəbul imtahanlarında Qəbələ rayonunun 3 məzunu – Fidan Qismətli, Sevda Muxtarova, Natiq Məmmədov və Şəki rayonunun Baş Şabalıd kənd tam orta məktəbinin məzunu Ümman Məmmədov I ixtisas qrupu üzrə 400 balla maksimal nəticə göstərməyə müvəffəq olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.