CƏMİYYƏT


Şəki-Zaqatala bölgəsində zərərli orqanizmlərə qarşı fitosanitar müşahidələr davam edir

Bakı, 25 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Milli Monitorinq Planı çərçivəsində zərərli orqanizmlərə qarşı aparılan fitosanitar tədbirlər və maarifləndirici görüşlərin təşkili davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu sahədə növbəti fitosanitar tədbir Şəki-Zaqatala bölgəsinin fındıq bağlarında həyata keçirilib.

Müşahidələr zamanı karantin tətbiq edilməyən fındıq mənənəsinə, yarpaqyeyən böcəklərə və unlu şeh xəstəliyinin ilkin simptomlarına rast gəlinib.

Bundan əlavə, Şəki-Zaqatala bölgəsinin qonşu Gürcüstanla sərhəd olması nəzərə alınaraq, meyvə, həmçinin fındıq bağları üçün xüsusi təhlükəli zərərverici hesab edilən qəhvəyi mərmər taxtabitinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə bu ilin martından etibarən davamlı fitosanitar müşahidələr aparılır və bağlarda feromon tələlər asılır. İndiyədək aparılmış makroskopik müşahidələr zamanı və feromon tələlərdə həmin zərərli növ aşkar olunmayıb.

Eyni zamanda fındıq bitkisinin başlıca zərərli orqanizmlərinin tanınması, düzgün mübarizənin təşkili, əsassız kimyəvi mübarizə tədbirləri və s. məsələlərlə əlaqədar fermer və torpaq istifadəçiləri ilə maarifləndirici görüş təşkil edilib. Görüşdə qeyd olunub ki, həmin kosmopolit növlərinin qarşısını vaxtında həyata keçirilən bitki mühafizə tədbirləri ilə almaq mümkündür. Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.