Şəki-Zaqatala bölgəsinin təhsil müəssisələrində “Yay məktəbi” təşkil olunub
AzerTAg.az
Şəki, 18 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkilinə başlanılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir. “Yay məktəbi” şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsinə xidmət edir. Şagirdlər iyunun 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.












Xəbərin mətnində orfoqrafik səhv var