ELM VƏ TƏHSİL


Şəki məktəbliləri Nəsimi haqqında esse yazacaq

Bakı, 7 noyabr, AZƏRTAC

AMEA-nın Şəki Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı ilə birlikdə “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirəcək.

Regional elmi mərkəzdən AZƏRTAC-a bildirilib ki, Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçiriləcək müsabiqə onların Nəsimi yaradıcılığına, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimizə, eləcə də elmə maraqlarının artırılması məqsədi daşıyır.

Müsabiqəyə təqdim olunacaq esselər “Nəsimi lirikasında insan”, “Nəsiminin qəzəl yaradıcılığı”, “Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri”, “Hürufizmin Nəsimi yaradıcılığında əksi”, “Nəsimi yaradıcılığında folklor ünsürləri” və “Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Hər müəllif yalnız bir mövzuda esse yazısı ilə iştirak edə bilər. Esselər Azərbaycan dilində yazılmalı və maksimum həcmi 2000 sözdən çox olmamalıdır.

Hər bir şagird müsabiqədə iştirak etmək üçün adı, soyadı, atasının adı, təmsil etdiyi sinif və məktəbin dəqiq adı, eləcə də əlaqə telefonunu noyabrın 20-dək [email protected]  elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidir.

Noyabrın 25-də ADPU-nun Şəki filialında keçiriləcək müsabiqədə şagirdlərə yazı üçün 80 dəqiqə vaxt veriləcək.

Esselər bu sahədə yetərincə təcrübəsi olan münsiflər heyəti tərəfindən yazı müsabiqəsinin keçirildiyi tarixdən etibarən 5 gün müddətində dəyərləndiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.