CƏMİYYƏT
Şəki rayon sakinlərindən narkotik vasitə götürülüb
Bakı, 22 oktyabr, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Z.Qasımov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat tədbirləri ilə ona həmin narkotik vasitəni satan şəxsin rayonun Böyük Dəhnə kənd sakini Fərhad Qəhrəmanov olduğu müəyyən edilib. F. Qəhrəmanov şübhəli şəxs qismində saxlanılıb. F.Qəhrəmanovdan şəxsi axtarış zamanı 4 qram, yaşadığı evə baxış keçirilən zaman isə 320 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.