REGİONLAR


Şəki rayonu üzrə indiyədək 20 mindən çox fermer elektron sistemdə qeydiyyatdan keçib

Şəki, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonu üzrə bu günədək payızlıq və yazlıq əkinlərlə məşğul olan 20 min 137 fermer elektron sistemdə öz fərdi identifikasiya nömrəsi ilə qeydiyyatdan keçib. Onlardan 19 min 657 nəfəri payızlıq, 480 fermer isə yazlıq əkinlərini bəyan edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, indiyədək payızlıq əkinlə bağlı rayona 15 min 317 “Fermer kartı” daxil olub. Fermerlər kartlarını “Kapital Bank”ın və “Azərpoçt” MMC-nin yerli filialları vasitəsilə alırlar. Bu günədək 14 min 525 nəfər torpaq mülkiyyətçisinə “Fermer kartı” paylanılıb.

Hazırda Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində yazlıq əkinlə məşğul olan fermerlərin qeydiyyatı davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.