CƏMİYYƏT


Şəki rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər həlak olub

Bakı, 17 may, AZƏRTAC

Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-21074” və Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər rayonunun Qoxmuq kəndi ərazisində toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəza nəticəsində E.Məmmədov və sərnişini Füzuli Verdiyev xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq, F.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.