CƏMİYYƏT


Şəki rayonunun Çeşməli kəndində pestisidlərdən istifadə qaydaları ilə əlaqədar maarifləndirici görüş keçirilib

Bakı, 3 avqust, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin obyekti olan zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və mübarizə tədbirlərinin təşkili məqsədilə maarifləndirici görüşləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki rayonunun Çeşməli kəndində meyvə bağlarında pestisidlərdən istifadə zamanı təhlükəsizlik tədbirləri ilə əlaqədar növbəti maarifləndirici görüş keçirilib.

Görüşdə “Pestisidlərdən istifadə zamanı təhlükəsizlik və şəxsi gigiyena qaydalarına dair” təlimatın müddəaları, pestisidlərin tətbiqi reqlamenti, zəhərlənmə hallarında ilk yardım haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Eyni zamanda texniki təhlükəsizlik və tətbiqolunma təlimatına düzgün riayət edilmədikdə istifadə olunan pestisidlərin ətraf mühit və insan sağlamlığına mənfi təsiri barədə geniş məlumat verilib.

Görüşdə bildirilib ki, pestisidlərlə işlədikdən sonra boşalmış taraları ətrafa atmamalı, təkrar istifadə üçün yararsız hala salınmaqla xüsusi ayrılmış anbarda saxlanılmalı və zəhərsizləşdirilməsi üçün aidiyyəti quruma təhvil verilməlidir.

Tədbirdə iştirakçılara “Pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydaları”na dair çap materialları paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.