REGİONLAR


Şəki rayonunun təsərrüfatlarında tütün əkininə başlanılıb

Şəki, 21 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Cari mövsümdə rayonda 1065 hektarda tütün əkilməsi nəzərdə tutulur. İlk günlər rayonun Suçma, Cumakənd, Şorsu, Baş Göynük və Aşağı Göynük kəndlərinin ərazilərindəki təsərrüfatlarda 50 hektaradək sahəyə tütün şitili köçürülüb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Qurum rəsmisi bildirib ki, proqnoza əsasən, builki mövsümdə şəkili fermerlər 562 hektarda “Virciniya botaniki” növlü, 503 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Qeyd edək ki, ötənilki mövsümdə şəkili fermerlər 1061 hektar sahədən 3 min 642 ton quru tütün əldə ediblər. Tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 min 200-dən çox kənd sakini cəlb olunub. Ötən il tütünçülüklə məşğul olan 189 fermerə istehsal etdikləri 2 min 247 ton quru tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 112 min 347 manat məbləğində subsidiya ödənilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.