CƏMİYYƏT


Şəki regional “ASAN xidmət” mərkəzində miqrasiya sahəsindəki yeniliklər barədə məlumat verilib

Bakı, 23 fevral, AZƏRTAC 

Şəki regional “ASAN xidmət” mərkəzində mərkəz işçilərinin və ASAN könüllülərinin iştirakı ilə ictimaiyyətin miqrasiya sahəsindəki yeniliklərlə məlumatlandırılması məqsədilə görüş keçirilib.

Dövlət Miqrasiya Xidmətindən (DMX) AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçılarına qurumun fəaliyyət istiqamətləri, əcnəbilərin Azərbaycan Respublikasında əmək fəaliyyəti, işə cəlb olunma qaydaları, DMX-nin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib.

Xidmət tərəfindən təqdim olunan 11 elektron xidmətdən istifadə qaydaları izahlı videotəlimat vasitəsilə əyani şəkildə göstərilib, bununla bağlı verilən suallar cavablandırılıb.

Həmçinin tədbir iştirakçılarına “MİGAZ”ın istifadəsi və tətbiqində olan yeniliklərlə bağlı məlumatlar verilib və videotəlimat vasitəsilə göstərilib.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.