CƏMİYYƏT


Şəki şəhər sakinindən narkotik vasitə götürülüb

Bakı, 2 iyun, AZƏRTAC

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş P.Məmmədovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, axtarış zamanı ondan 6 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evin yaxınlığında, dağlıq ərazidə gizlətdiyi 445 qram qurudulmuş marixuana da qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.