REGİONLAR


Şəki şəhərində 960 şagird yerlik yeni məktəb binası tikilir

Şəki, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhərindəki 11 saylı tam orta məktəb üçün 960 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il oktyabrın 29-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Qurumdan bildiriblər ki, minə yaxın şagirdin təhsil aldığı məktəb indiyədək uyğunlaşdırılmış binada fəaliyyət göstərib.

Yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.