Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Bakı, 23 iyul, AZƏRTAC

Müdafiə Nazirliyinin və “Əsgərə xatirə kitabı” ictimai birliyinin təşkilatçılığı ilə Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Mərkəzinə toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və ictimaiyyət nümayəndələri əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Din xadimi Hacı Kamran dünya müsəlmanlarının müqəddəs Qurban bayramının bəşəri əhəmiyyətindən, bu bayramın respublikamızda da yüksək səviyyədə qeyd olunmaqla Allaha sevgi, onun qüdrətinə inam və iman, insanlar arasında birlik, həmrəylik, xeyirxahlıq aşılamasından danışıb. Şəhidlərin ruhuna dualar oxunub, qazilərə şəfa, ölkəmizin müdafiəsində bu gün də mərdliklə dayanan igid əsgərlərimizə xidmətlərində müvəffəqiyyətlər, xalqımıza daha firavan həyat, sülh, əmin-amanlıq arzulanıb.

Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Müdafiə Nazirliyinin rəhbərliyi adından tədbir iştirakçılarını Qurban bayramı münasibətilə təbrik edib, Vətənimizin daha xoşbəxt gələcəyi naminə hər kəsin öz xidmət sahəsində bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, əlamətdar və tarixi günlərdə, eləcə də mübarək Ramazan və Qurban bayramlarında ölkəmizin hər yerində olduğu kimi Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də silsilə tədbirlər təşkil edilir. İlk növbədə, müasir müstəqil dövlətimizin qurucusu unudulmaz Heydər Əliyevin, şəhidlərimizin məzarları ziyarət olunur, şəhid ailələrinə və yaralılara baş çəkilir, Vətən müdafiəçiləri də heç vaxt diqqətdən yayınmır.

Tədbirdə diqqətə çatdırılıb ki, bu gün ölkəmizdə artıq ordu ilə xalqın daha sağlam mənəvi birliyi yaranıb və bu birlik, həmrəylik qırx dörd günlük Vətən müharibəsi zamanı bir daha öz təsdiqini tapdı. Azərbaycanın təcavüzkar Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarının azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda “Dəmir yumruq” əməliyyatı ilə başladığı Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla hər bir Azərbaycan vətəndaşının, hər bir hərbi qulluqçunun böyük xidmətləri vardır. Vətən isə bu xidmətləri heç vaxt unutmur. İlk növbədə hərbi əməliyyatlar zamanı qanları ilə qalibiyyət dastanı yazan, əbədiyyət zirvəsinə ucalan şəhidlərimizə, onları boya-başa çatdıran ata-analarımıza minnətdarıq, onlara borcluyuq.

A.Qurbani bildirib ki, Vətən müharibəsi cəbhələrində respublikamızın bütün bölgələrindən olan igidlərlə yanaşı, Şəki rayonundan pərvazlanan oğullar da əsil qəhrəmanlıq, şücaət nümunələri göstəriblər. Şəhidlik - əbədiyyət zirvəsini fəth edərək xalqımıza böyük Qələbənin sevincini yaşadan şəkili əsgər və zabitlərdən Elşən İbrahimov, Mərdan Mehdizadə, Xəyal Məmmədov, Bakıxan Səlimli, İbrahim Məmmədov, Ətraf Qənimətov, Kənan İsrafilov, Röyal Xasıyev, Fərid İzzətli və neçə-neçə qəhrəman döyüşçümüz bu gözəl diyarda dünyaya gəlib, Vətənə layiqli övladlar kimi tərbiyə olunaraq boya-başa çatıblar. Qəhrəmanlıq isə qəhrəmanla ölmür, onun ömrü uzundur. Bu gün Azərbaycan Ordusunda şəhidlərimizin minlərlə, on minlərlə davamçıları var və onlar Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazırdırlar.

Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Qələbəyə gedən yollar” klipi nümayiş etdirilib və tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Müdafiə Nazirliyin əməkdaşı polkovnik-leytenant Namiq Cavadov deyib: “Vətən müharibəsində olduğu kimi, müharibədən sonra da ictimaiyyətlə əlaqələrimiz daha da möhkəmlənib. Ordumuza göstərdikləri dəstəyə görə onlara bir daha minnətdarlığımızı bildiririk. Qeyri-hökumət təşkilatlarından biri də xalqımızın vətənpərvər qızı Nuranə Şıxaliyevanın rəhbərlik etdiyi “Əsgərə xatirə kitabı” layihəsi ilə fəaliyyətə başlayan və beş ildən çoxdur ki, Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində səylərini əsirgəməyən ictimai birlikdir. Məhz bugünkü tədbir də bilavasitə onların maddi və mənəvi dəstəyi ilə reallaşıb”.

Şəki Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Tural Məmmədov çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Şəki rayonundan olan Vətən müharibəsi şəhidlərinin hər birinin döyüş yoluna nəzər salınıb. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə onların ölümlərindən sonra dövlətimizin başçısının sərəncamları ilə yüksək qiymətləndirilərək döyüş orden və medalları ilə təltif olunduqları vurğulanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin əməkdaşı Turxan Müseyibov şəkili gənclərin bu gün də müddətli həqiqi hərbi xidmətə böyük həvəslə getdiklərini, valideynlərin öz övladlarını qürur hissi ilə əsgərliyə yola saldıqlarını, peşə seçimində gənclərin hərbi peşələrə daha çox üstünlük verdiklərini qeyd edib.

“Əsgərə xatirə kitabı” layihəsi idarə heyətinin fəxri üzvü Əliş Hüseynov çıxış edərək bundan sonra da xeyriyyəçilik ənənələrinə sadiq qalacaqlarını bildirib.

Şəhid ailələrinə “Vətən müharibəsi şəhidləri” çoxcildliyinin ilk nəşri olan Birinci kitabın nüsxələri hədiyyə edilib.

Şəhid Elşən İbrahimovun anası Xatirə xanım, şəhid Tapdıq Qurbanəliyevin həyat yoldaşı Natəvan xanım və başqaları çıxış edərək şəhidlərə və onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə, o cümlədən Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.

İstedadlı gənc ifaçılardan olan Kənan Bayramlının ifasında “Bayatı-Şiraz” muğamı tədbir iştirakçılarını xəyalən işğaldan azad olunmuş Vətən torpaqlarına, mədəniyyətimizin, ruhumuzun mərkəzi Şuşaya aparıb. Şəhid valideynləri övladlarının qanının yerdə qalmamasından, eyni zamanda, şəhidlərimizin intiqamının döyüş meydanında alınmasından, tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpa olunmasından, düşmənin torpaqlarımızdan qovulmasından təsəlli tapdıqlarını dilə gətiriblər.

Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının aparıcı aktrisası, Əməkdar artist Vəfa Zeynalovanın bədii qiraət etdiyi Süleyman Rüstəmin bu gün də aktual olan “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanıb.

Beynəlxalq yaradıcılıq festivallarının iştirakçısı Nuray Rəhmanqızının şəhid övladlarının əhatəsində məharətlə ifa etdiyi “Şəhid qızıyam” mahnısı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Sonda xatirə şəkli çəkilib, şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

Şəki şəhərində “Əbədiyyət zirvəsini fəth edənlər” adlı vətənpərvərlik tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir