REGİONLAR


Şəki: taxıl istehsalında 13 min tondan çox artım qeydə alınıb

Şəki, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 67 min 731 hektar sahənin məhsulu biçilib, 234 min 631 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 34,6 sentner təşkil edib. Taxıl istehsalı ötən illə müqayisədə 13,6 min ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Nurəddin İbrahimov məlumat verib.

Qurum rəsmisi bildirib ki, tədarük edilən taxılın 160 min 505 tonu buğda, 74 min 126 tonu isə arpadır. Buğda sahələrində hər hektardan orta məhsuldarlıq 34,8 sentner, arpa zəmilərində isə 34,2 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq Bolludərə ərazisindəki taxıl sahələrində qeydə alınıb. Həmin təsərrüfatlarda hər hektardan orta məhsuldarlıq 41 sentner təşkil edib.

Xatırladaq ki, ötən il şəkili fermerlər 67 min 162 hektar taxıl sahəsindən 221 min ton məhsul əldə etmişdilər. Hər hektardan orta hesabla 33 sentner məhsul götürülmüşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.