REGİONLAR


Şəki taxılçıları indiyədək zəmilərdən 117 min tondan çox məhsul toplayıblar

Şəki, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə biçin kampaniyası mütəşəkkil davam etdirilir. Cari mövsümdə rayonda 66 min 104 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 36 min 180,3 hektarını buğda, 29 min 923,7 hektarını arpa sahələri təşkil edir. Bu günədək 27 min 420 hektarı arpa, 9 min 150 hektarı buğda olmaqla, 36 min 570 hektar sahənin məhsulu biçilib, 117 min 705 ton taxıl istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 32,2 sentner təşkil edir. Ümumiyyətlə, indiyədək taxıl sahələrinin 55 faizində biçin başa çatdırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, tədarük olunan taxılın 89 min 389 tonu arpa, 27 min 816 tonu buğdadır. Arpa sahələrinin hər hektarından orta hesabla 32,6 sentner, buğda sahələrindən isə 30,4 sentner məhsul götürülüb.

Hazırda sahələrdə 136 taxılbiçən kombayn işləyir. Fermerlər sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün bütün qüvvələri səfərbər ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.