REGİONLAR
Şəki taxılçıları indiyədək zəmilərdən 200 min tondan çox məhsul toplayıblar
Şəki, 19 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Şəkili fermerlər bu günədək zəmilərdən 206 min 513 ton məhsul tədarük ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən məlumat verilib.
Qurumdan bildiriblər ki, cari mövsümdə rayonda 66,7 min hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulub. İndiyədək 62,5 min hektar sahənin məhsulu biçilib. Hər hektardan orta məhsuldarlıq 33 sentner təşkil edir. Tədarük olunan taxılın 133 min 467 tonu buğda, 73 min 46 tonu arpadır. Hələlik təsərrüfatlarda 4 min hektardan çox biçilməmiş taxıl sahəsi qalıb. Şəkili fermerlər builki mövsümdə 225 min ton taxıl istehsal etməyi qarşılarına məqsəd qoyublar.