REGİONLAR
Şəki taxılçıları zəmilərdən 150 min tondan çox məhsul toplayıblar
Şəki, 8 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə taxıl biçini yüksək sürətlə davam edir. Mövsümün əvvəlindən bu günədək rayonun təsərrüfatlarında 57 min 386 hektar sahənin taxılı biçilib, 150 min 429 ton məhsul istehsal olunub. Tədarük olunan taxılın 93 min tonu buğda, 57 min 429 tonu isə arpadır. Hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-a Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rafik Məmmədov məlumat verib.
Qurum rəsmisinin bildirdiyinə görə, hələlik rayonun təsərrüfatlarında 10 min hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər. Texnika ilə bağlı heç bir problem yoxdur. Hazırda sahələrdə 170 ədəd taxılbiçən kombayn işləyir. Havalar əlverişli keçərsə, biçin kampaniyasının iyulun 20-dək başa çatdırılması nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]