CƏMİYYƏT


Şəki və Ağsu sakinlərindən silahlar aşkarlanaraq götürülüb

Bakı, 1 fevral, AZƏRTAC

Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının Sığırlı kəndində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağsu rayon sakinləri X.Məmmədov, F.Şahbazov, K.Cabbarov, P.Gülmalıyev saxlanılıb. Onlardan dörd ədəd ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəkinin Baş Zəyzid kəndinin sakinləri Ə.Kərimov, H.Ağaşirinov, A.Musayev və M.Kərimov daxil olmuş məlumat əsasında yaxalanıb. Onlardan müvafiq sənədləri olmayan üç ədəd “TOZ” markalı tüfəng və 32 patron aşkarlanaraq götürülüb və Şəki Şəhər Rayon Polis Şöbəsinə təhvil verilib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.