CƏMİYYƏT


Şəki və Oğuzda koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb

Bakı, 21 aprel, AZƏRTAC

Şəki və Oğuz Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ev şəraitində müalicəyə cəlb edilən Oğuz rayon sakini Elxan Bayraməliyev və Şəki şəhər sakini Hamil Lətifova sosial izolyasiya qaydalarına riayət edərək yaşadıqları ünvanları tərk etməmələri barədə xəbərdarlıq olunmasına baxmayaraq, onlar polis əməkdaşları tərəfindən küçədə aşkarlanıb. Həmin şəxslər evlərinə geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan E.Bayraməliyev və H.Lətifov barəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.