REGİONLAR


Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, xüsusən də ammofos və nitroammofoska gübrələrinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

AZƏRTAC xəbər verir ki, növbəti satış Şəki və Oğuzda təşkil ediləcək.

Səyyar satış Şəkidə sentyabrın 17-də Qayabaşı, 18-də Kiçik Dəhnə, 19-da Baş Layısqı kəndlərində həyata keçiriləcək.

Sentyabrın 17-də Oğuzun Padar, 18-də isə Xaçmaz kəndlərində də səyyar satış təşkil olunacaq.

Adı çəkilən, eləcə də ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 çağrı mərkəzi və (+99451) 2559383, (+99451) 2293207 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.