REGİONLAR


Şəki: yaş barama istehsalının 42 tona çatdırılması qarşıya hədəf qoyulub

Şəki, 11 may, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Şəkidə yaş barama istehsalının əvvəlki illə müqayisədə 10 tonadək artırılaraq 42 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirilməsi ilə əlaqədar şəkili kümçülərə bu günlərdə bölgü əsasında 1050 qutu, yəni 20 kiloqram ipəkqurdu paylanılıb. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə əlavə olaraq 20 qutu ipəkqurdu da verilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, Çin Xalq Respublikasından alınaraq ölkəmizə gətirilən və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya olunan ipəkqurduları rayonun 25 inzibati ərazi dairəsi üzrə kümçülərə paylanılıb. İstehsalçılardan yaş barama tədarükünə iyunun əvvəllərində başlanacaq.

Ötən il şəkili kümçülər 1250 qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olub, 32 tona yaxın yaş barama istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.