REGİONLAR


Şəki yol polisi sərtləşdirilmiş karantin rejiminə əməl olunmasına ciddi nəzarət edir

Şəki, 5 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək ölkənin daha 8 şəhər və rayonunda, o cümlədən Şəkidə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunub. Bu gündən etibarən həmin şəhər və rayonlarda da hərəkət məhdudiyyətlərinin tətbiqinə başlanılıb. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sərtləşdirilmiş xüsusi karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Şəki Dövlət Yol Polis Bölməsinin əməkdaşları tərəfindən də zəruri işlər həyata keçirilir.

Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, qərarın icrasını təmin etmək üçün şəhərə giriş qadağan edilib, 4 yerdə postlar qurulub. Postlarda polislə yanaşı, Daxili Qoşunların əməkdaşları da xidmətə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində Şəkidə hərəkətsizlik tam təmin olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.