REGİONLAR
Şəkidə 1026 hektar sahədə yeni meyvə bağları salınıb
Şəki, 16 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bu ilin ötən dövründə Şəki rayonunun ərazisində 1026 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağların 790 hektarına fındıq, 98 hektarına zeytun, 60 hektarına badam, 57,5 hektarına qoz, 12 hektarına alma, 4,2 hektarına xurma, qalanına isə armud, gilas, ərik, gavalı və digər meyvə ağacları əkilib. Hazırda rayonda meyvə bağlarının ümumi sahəsi 7 min 264 hektardır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda bağlarda meyvə yığımı davam edir. İndiyədək meyvə bağlarından 21 min 128 ton məhsul tədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 948 ton çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]