CƏMİYYƏT


Şəkidə 115 nəfərə yeni nəsil şəxsiyyət vəsiqəsi verilib

Bakı, 28 noyabr, AZƏRTAC 

Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi istiqamətində işlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari il sentyabrın 1-dən ölkədə yeni nəsil elektron şəxsiyyət vəsiqələrinin verilməsi digər bölgələrdə olduğu kimi, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqələri bölməsi (QŞVB) tərəfindən də keçirilir.

Vətəndaş məmnunluğunun təmin edilməsi, onların müraciətlərinə tez bir zamanda baxılması bölmə əməkdaşları tərəfindən operativ şəkildə həyata keçirilir. Bu müddət ərzində 115 sakin QŞVB-yə müraciət edərək yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.