CƏMİYYƏT
Şəkidə 1 tona yaxın çətənə kolu məhv edilib
Bakı, 27 may, AZƏRTAC
“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kiloqram olan yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilib. Həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [14:59]
Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO
- 18.04.2024 [14:34]
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib
- 18.04.2024 [13:35]