REGİONLAR


Şəkidə 25 çoxmənzilli binanın dam örtüyü təmir olunacaq

Şəki, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 4 oktyabr tarixli Sərəncamının icrası olaraq, Şəki şəhərində 25 ədəd çoxmənzilli binanın dam örtüyünün təmir edilməsi nəzərdə tutulur. Üç, dörd və beş mərtəbədən ibarət olan bu binaların dam örtüklərinin ümumi sahəsi 30 min 150 kvadratmetrdir. Təmir işlərinə 1 milyon 775 min 76 manat vəsait sərf olunacaq.

Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Taleh Alxasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dam örtüklərinin təmirinə yaxın günlərdə başlanılacaq.

Şəhər Mənzil İstismar Sahəsindən verilən məlumata görə, hazırda Şəki şəhərində 81 ədəd çoxmənzilli bina var. Son 3 ildə bu binaların 15-nin dam örtüyü müxtəlif maliyyə mənbələri hesabına təmir olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.