REGİONLAR


Şəkidə 3 min əhalinin istifadə etdiyi avtomobil yolu yenidən qurulur VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Ölkə başçısının 2020-ci il 30 iyul tarixli Sərəncamına əsasən, 3 min əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 134-cü kilometrindən başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yolları yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Şəki rayonunun Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28,1 kilometr təşkil edir. Bu, respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü kilometrində ayrılan və 18 kilometr uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10,1 kilometr olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır. IV texniki dərəcəyə uyğun yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. İki hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi təqribən 300 min kvadratmetrdir.

Hazırda İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi işləri görülür. Yol əsası hazır olan hissələr isə əlaqələndirici bitum səpilməklə 12 santimetr hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü ilə döşənir.

Layihənin sonuncu mərhələsində zəruri yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkili üçün yol nişanlarının, siqnal dirəklərinin və kilometr göstəricilərinin quraşdırılması, yol-cizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.

Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən çox əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.