REGİONLAR
Şəkidə 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır
Şəki, 11 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında bir neçə gündür 2017-ci ilin məhsulu üçün payızlıq taxıl səpininə başlanılıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Bu məqsədlə 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. İndiyədək təsərrüfatlarda 34 min hektar sahədə şum aparılıb. Sarıca, Qaratorpaq, Turan və digər ərazilərdə artıq 1570 hektar sahəyə arpa və buğda toxumu səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:31]
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]