REGİONLAR


Şəkidə 6 min hektaradək taxıl sahəsində kimyəvi mübarizə tədbirləri görülüb

Şəki, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün 66 min 389 hektar sahədə taxıl əkilib. Taxıl əkinlərinin 36 min 180 hektarını buğda, 29 min 923 hektarını arpa, 286 hektarını isə xəsillik arpa sahələri təşkil edir. Hazırda Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən taxıl sahələrində fitosanitar müşahidələr aparılır.

Mərkəzin rəisi Tələt Mehdiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, havaların soyuq və nəmli keçməsi ilə əlaqədar dəmyə əkin sahələrində taxılın zəif cücərməsi ilə yanaşı, torpaq zərərvericilərinin, o cümlədən taxıl böcəyi sürfələrinin, məftil qurdlarının fəallaşması da müşahidə edilir. Bununla əlaqədar mərkəzin mütəxəssisləri tərəfindən 5 min 838 hektar sahədə fitosanitar müşahidələr aparılıb, 5 min 680 hektarda sirayətlənmə aşkar edilib. İndiyədək fermerlərin öz vəsaitləri hesabına 5 min 427 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri hava şəraitindən asılı olaraq davam etdirilir.

Bundan əlavə, taxıl sahələrində alaq otlarına qarşı da mübarizə tədbirləri görülür. Mütəxəssislər tərəfindən aparılan fitosanitar müşahidələr nəticəsində 330 hektar sahədə ala qanqalla sirayətlənmə aşkar edilib. İndiyədək 290 hektarda kimyəvi, 15 hektarda isə mexaniki (çətmənləmə) üsulla mübarizə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.