REGİONLAR


Şəkidə Beynəlxalq Muzeylər Gününə həsr olunan müsabiqələrin qalibləri mükafatlandırılıblar

Şəki, 18 may, Mustafa Dadaşov, AZƏRTAC

Şəkidə 18 may – Beynəlxalq Muzeylər Günü münasibətilə keçirilən “Tarixi abidələr uşaqların gözü ilə” adlı rəsm və “Nə üçün tarixi abidələrimizi qorumalıyıq” mövzusunda inşa yazı müsabiqələrinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 18-də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisindəki XVIII əsrə aid tarixi abidə olan “Şəki xanlarının evi”nin həyətində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olub.

Tədbirdə məlumat verilib ki, rəsm müsabiqəsinə Şəki şəhər 1 saylı Uşaq İncəsənət Məktəbində təhsil alan şagirdlərin 15 rəsm əsəri təqdim olunub. İnşa yazı müsabiqəsində isə rayonun ümumtəhsil məktəblərində təhsil alan 20 şagird iştirak edib.

Münsiflər heyətinin qərarına əsasən, rəsm müsabiqəsində Cəvahir Axundova, Fəridə Rəsulova və Əli Məmmədli, inşa yazı müsabiqəsində isə Nübar Səfərova, Sabir Nurullayev və Zivər Bəkirova müvafiq olaraq ilk üç yeri tutublar.

Müsabiqələrin qalibləri mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.