REGİONLAR


Şəkidə III ixtisas qrupu üzrə qəbul imtahanı beş mərkəzdə aparılıb

Şəkidə III ixtisas qrupu üzrə qəbul imtahanı
beş mərkəzdə aparılıb

Şəki, 20 may, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 20-də ali təhsil müəssisələrinə III ixtisas qrupu üzrə Şəki şəhərində keçirdiyi qəbul imtahanı başa çatıb.

DİM Şəki regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, imtahanların keçirilməsi üçün Şəkidə 5 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhər 8, 12, 17 nömrəli və Qoxmuq kənd tam orta məktəblərdə, həmçinin Fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.

Ümumilikdə 1133 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 111 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 92 zal ayrılıb. Zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmədən verilən məlumata görə, bütün imtahan mərkəzlərində III ixtisas qrupu üzrə qəbul imtahanı mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.