REGİONLAR


Şəkidə III ixtisas qrupu üzrə qəbul imtahanları 4 mərkəzdə aparılıb

Şəki, 21 may, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 21-də Şəki şəhərində keçirdiyi III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 4 mərkəz ayrılıb. Qəbul imtahanları Şəki şəhərindəki 8, 11, 12 nömrəli tam orta məktəblərdə, fizika-riyaziyyat və humanitar təmayüllü liseydə təşkil olunub.

Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM Şəki regional bölməsindən verilən məlumata görə, ümumilikdə, 1013 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 104 nəzarətçi-müəllim cəlb edilib. İmtahanların keçirilməsi üçün 80 zal ayrılıb.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.