REGİONLAR


Şəkidə “İdman festivalı-2022”yə start verilib VİDEO

Şəki, 14 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Noyabrın 14-də Şəki Olimpiya İdman Kompleksində “İdman festivalı-2022”yə start verilib. Noyabrın 19-dək davam edəcək festivalda 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın proqramına uyğun olaraq, noyabrın 14, 15 və 16-da idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Bu sırada müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçiriləcək. Eləcə də Şəki şəhərinin görməli yerlərinə, tarixi məkanlara ekskursiyalar təşkil ediləcək.

Noyabrın 17, 18 və 19-da idmançılar günün iki növbəsində - saat 10.00-13.00 və 15.00-18.00 aralığında şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxışlar edəcək, bəzi idman növlərində isə izləyicilər də çıxışlara qatılacaqlar.

Düşərgənin ilk günündə, noyabrın 14-də idmançılara hərbi-vətənpərvərlik hazırlığı, ilkin tibbi xidmət, rəqs növləri üzrə təlimlər keçirilib, intellektual və debat yarışları təşkil olunub.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, nazirliyin təşkil etdiyi ilk idman düşərgəsində 200-dək idmançı, məşqçi və idmansevər iştirak edir. Düşərgəyə 23 olimpiya idman növü üzrə müxtəlif yaş qruplarında idmançı və məşqçilər cəlb olunublar. Festivalın keçirilməsində əsas məqsəd bu idman növlərini gənclərə aşılamaq, sevdirmək, idmançılar arasında ünsiyyəti daha da yaxşılaşdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.