REGİONLAR


Şəkidə “Könüllülər kuboku” uğrunda atletika yarışları başa çatıb

Şəki, 29 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Şəki şəhər stadionunda “Könüllülər kuboku” uğrunda atletika üzrə yarışlara avqustun 29-da yekun vurulub. Gənclər və İdman Nazirliyinin və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə keçirilən və iki gün davam edən yarışda 7 komandanın tərkibində 20 nəfər könüllü oğlan və qız iştirak edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki şəhər Gənclər və İdman İdarəsindən məlumat verilib.

İdmançılar 300 və 400 metr məsafəyə şəxsi, eyni zamanda, 100, 200, 300 və 400 metr məsafəyə estafet yarışlarında mübarizə aparıblar. Yekun nəticələrə əsasən, qızlar arasında 300 metr məsafəyə qaçışda Fidan Cəfərova, oğlanlar arasında 400 metr məsafəyə qaçışda isə Mətin Məmmədov birinci yerə çıxıblar. Qızlar arasında keçirilən estafet yarışında “Real”, oğlanların estafet yarışında isə “Qafqaz” komandası birinci yeri tutub.

Yarışın qaliblərinə “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin və şəhər Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.