CƏMİYYƏT


Şəkidə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” adlı dəyirmi masa keçirilib

Bakı, 8 noyabr, AZƏRTAC 

Noyabrın 8-də Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Şəkidə “Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, qurumun şöbə müdiri Hatəm Gülməmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair-yazıçı, kinodramaturq İlqar Fəhmi, müəllimlər, şagirdlər və tələbələr tədbirdə iştirak ediblər.

Dəyirmi masada çıxış edən DQİDK-nın şöbə müdiri Taleh Abdullayev bildirib ki, Nəsimi Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi ən böyük şair, filosof və mütəfəkkirlərdən biridir. Şəkidə müəllimlərin, yeniyetmə və gənclərin iştirakı ilə belə bir tədbirin keçirilməsi ədəbi irsimizin təbliği baxımından olduqca əhəmiyyətlidir.

Fondun şöbə müdiri Hatəm Gülməmmədov çıxışında qeyd edib ki, dahi Nəsimi ədəbiyyatımızda Azərbaycan dilində fəlsəfi şeirin banisidir. Fars və ərəb dillərində də çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə Azərbaycanın poeziya və ədəbi dilinin inkişafında əvəzsiz xidmətləri olub.

Sonra yazıçı-şair İlqar Fəhmi Nəsimi yaradıcılığındakı fəlsəfi-irfani fikirlərlə bağlı məruzə ilə çıxış edib. Bildirib ki, adı dünyanın dahi mütəfəkkirləri ilə eyni sırada çəkilən, poeziyamızda yeni və çox əlamətdar bir dövrün başlanğıcını qoyan, Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən dahi Nəsimi ədəbiyyatımızda zəngin irs qoyub.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.