HEYDƏR ƏLİYEV - 100


Şəkidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar keçirilən tədbirlərin davamı olaraq, martın 9-da Şəki şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans olub.

Baş Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, konfransda Şəki, Qəbələ, Oğuz, Qax, Balakən, Zaqatala rayon və Zaqatala hərbi prokurorluqlarının əməkdaşları, hüquq-mühafizə orqanları, icra hakimiyyəti və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Şəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Daha sonra konfrans iştirakçıları Şəki şəhər Heydər Əliyev Mərkəzində olub, Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə məlumat təqdim olunub.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Şəki rayon prokuroru Mehman Xankişiyev müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, Zaqatala rayon prokuroru Rasim Musayevin, Zaqatala hərbi prokuroru Elşən Əli-Məmmədovun, Qax rayon prokuroru Rəşad Bəşirovun, Balakən rayon prokuroru Qoşqar Əhmədovun, Oğuz rayon prokuroru Emil Kərimovun Ümummilli Liderin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, prokurorluq orqanlarına qayğısı, gənclər siyasəti, respublikamıza, xüsusilə Şəki rayonuna diqqət və qayğısı barədə çıxışları dinlənilib.

Konfransın yekununda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.