REGİONLAR


Şəkidə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər üçün tibbi aksiya keçirilib

Şəki, 26 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qaziləri üçün keçirilən tibbi aksiyaları davam etdirir. Növbəti aksiya noyabrın 26-da Şəki Rayon Mərkəzi Xəstəxanasında təşkil olunub.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiyada Şəki və ətraf rayonlarda yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 106 vətəndaş kardioloji, endokrinoloji və nevroloji müayinələrdən keçib. Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Vətəndaşlar onlara göstərilən tibbi xidmətdən məmnunluğunu ifadə edib, aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.