CƏMİYYƏT
Şəkidə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda poliatlon çoxnövçülüyü üzrə yarış keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Şəki şəhər stadionunda ümumtəhsil məktəbləri arasında həqiqi hərbi xidmətə payız çağırışına həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” mövzusunda poliatlon çoxnövçülüyü üzrə şəhər birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Şəki şəhər gənclər və idman idarəsinin rəis müavini A.Səfərova tədbirdə çıxış edərək yarışın məqsədinin gənclərə hərbi vətənpərvərlik ruhunu aşılamaq, böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi idman oyunlarına cəlb etməklə onların həqiqi hərbi xidmətə hazırlanmasına töhfə verməkdir.
Yarışda 16 məktəbin komandası iştirak edib. Yekunda Şəki şəhər liseyinin komandası turnirin qalibi adını qazanıb. İkinci yerə şəhər 8 nömrəli, üçüncü yerə isə Kiş kənd 1 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.
Qaliblər mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]