REGİONLAR


Şəkidə Xalq Şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Şəki, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 92-ci ildönümü onun doğulduğu Şəki şəhərində qeyd edilib.

AZƏRTAC xəbər verir ki, şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar avqustun 16-da unudulmaz şairin şəhərin mərkəzindəki parkda qoyulmuş büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbir iştirakçıları daha sonra Şəki Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Nakam adına Mərkəzi Kitabxanasında “Poeziyamızın Bəxtiyarı” adlı kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafında xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, 2009-cu ilin fevralında əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin xatirəsi həmyerliləri tərəfindən daim əziz tutulur. Şairin yaradıcılığı Azərbaycan bədii fikrinin zənginləşməsində mühüm rol oynayıb. O, Vətəninə, doğulduğu yerə bağlı insan olub. Əsərlərində Şəkiyə xas kolorit, zəka, dərin düşüncə tərzi özünü göstərir. Xalqımızın düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşayan Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığı poeziyamızın, şerimizin cövhəri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.