REGİONLAR


Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

Şəki, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmiş Bəxtiyar Vahabzadənin yaradıcılığı bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə şairin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər unudulmaz xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar fevralın 13-də şairin anadan olduğu Şəki şəhərində keçirilən xatirə tədbirində səsləndirilib.

Şəki Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşan xatirə tədbirinin iştirakçıları əvvəlcə unudulmaz şairin Şəki şəhərinin mərkəzindəki parkda ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bəxtiyar Vahabzadənin Şəki şəhərindəki ev-muzeyində keçirilən dəyirmi masada şairin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən ətraflı bəhs olunub. Bildirilib ki, böyük ədib, mahir pedaqoq, görkəmli ictimai xadim, unudulmaz şair Bəxtiyar Vahabzadənin əbədiyyətə qovuşmasından 10 il vaxt keçir. Lakin onun işıqlı xatirəsi xalqımızın, onu sevənlərin qəlbində həmişə yaşayacaq.

Xatirə tədbirində məktəblilərin ifasında şairin şeirləri səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.