REGİONLAR


Şəkidə ali məktəblərə qəbul imtahanları dörd mərkəzdə aparılıb

Şəki, 12 may, Mustafa Dadaşov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin mayın 12-də Şəki şəhərində keçirdiyi 2019/2020-ci tədris ili üçün I və IV ixtisas qrupları üzrə Azərbaycan ali təhsil müəssisələrinə qəbul imtahanı başa çatıb.

Dövlət İmtahan Mərkəzinin Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün Şəki şəhərində 4 imtahan mərkəzi ayrılıb. İmtahanlar Şəki şəhərindəki 8 və 12 nömrəli tam orta məktəblərdə, həmçinin fizika-riyaziyyat və humanitar təmayüllü lisey və Qoxmuq kənd tam orta məktəbində təşkil olunub. Ümumilikdə 2172 abituriyentin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 17 imtahan rəhbəri və 188 nəzarətçi-müəllim cəlb olunub.

İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədilə birinci qrupda riyaziyyat, fizika və kimya fənləri, dördüncü qrupda isə biologiya, kimya və fizika fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim olunub.

Regional bölmədən bildiriblər ki, bütün imtahan mərkəzlərində qəbul imtahanları mövcud təlimata uyğun aparılıb və heç bir qayda pozuntusuna yol verilmədən müəyyən olunmuş vaxtda başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.