REGİONLAR


Şəkidə arıçılara 160 min manatadək subsidiya ödənilib

Şəki, 20 avqust, Mustafa Dadaşov, AZƏRTAC

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icrası olaraq, bu il Şəki rayonunda arıçılıqla məşğul olan 364 arıçıya saxladıqları 12 min 534 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat hesabı ilə, ümumilikdə, 125 min 340 manat subsidiya hesablanaraq ödənilməsi təmin edilib. Bundan əlavə rayonda məskunlaşan qaçqın və məcburi köçkün ailələrindən olan 106 arıçıya da saxladıqları 3 min 440 arı ailəsinə görə 34 min 400 manat subsidiya ödənilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, son illər Şəkidə də arıçılığa maraq xeyli artıb. Belə ki, 2004-cü ildə rayonda cəmi 1729 arı ailəsi olduğu halda, hazırda 459 ailə təsərrüfatında 14 min 120 arı ailəsi bəslənilir. Hər il rayonda 140 tondan çox bal istehsal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.