REGİONLAR


Şəkidə aşkarlanan ayı vəhşi təbiətə nə vaxt buraxılacaq? VİDEO

Xızı, 3 iyun, Elxan Yusifli, AZƏRTAC 

Mayın 31-də Şəki şəhərinin mərkəzində aşkarlanan qonur ayı baytar həkimlərin nəzarətindədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Altıağac Milli Parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə yerləşdirilən ayı normal qidalanır və vəziyyəti getdikcə yaxşılaşır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib ki, qonur ayı Vəhşi Təbiətin Bərpası Mərkəzinə gətirilərkən vəziyyəti o qədər də yaxşı olmayıb. Onun baş nahiyəsində və gözündə xəsarətlər aşkarlanıb.

“Ayı Şəki şəhərinin mərkəzindən tutularaq Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə gətiriləndə başında yara var idi. Erkək ayıdır. Mütəxəssislər hesab edir ki, xəsarətləri digər ayı ilə döyüşəndə alıb. Bura gətiriləndə yarası yaxşı deyildi. Ayıya hər gün baytar nəzarət edir və yarasına dərman vurulur. Həkimin rəyindən sonra ayı vəhşi təbiətə buraxıla bilər. Bu, kortəbii baş vermir. Ayı tam reabilitasiya prosesi keçəndən sonra təbiətə buraxılacaq”, - deyə Arzu Səmədova söyləyib.

Hazırda mərkəzdə Şəkidən gətirilən qonur ayı ilə yanaşı, iki bala ayı da reabilitasiya dövrü keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.