CƏMİYYƏT


Şəkidə bazarın ət satışı sahəsində nöqsanlar aşkarlanıb

Bakı, 27 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Şəki şəhərinin Sabit Rəhman küçəsində yerləşən, “Şəki Bazar” ASC-yə məxsus bazarın ət satışı sahəsində yoxlama aparılıb.

Yoxlama zamanı iribuynuzlu və xırdabuynuzlu heyvan ətlərinin baytarlıq ekspertizasından keçirilmədən və möhürsüz şəkildə satışı həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.